Bazar ertəsi, 29 Aprel

"Hamı bilsin ki, bizim bununla heç bir əlaqəmiz yoxdur" -Putin

image

Belarusun Avropa İttifaqı (Aİ) ilə sərhədindəki miqrasiya böhranının Rusiyanın ilə heç bir əlaqəsi yoxdur.

Xəbər verilir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalına müsahibəsində bildirib.

“Hamı bilsin ki, bizim bununla heç bir əlaqəmiz yoxdur. Hər kəs hər hansı səbəbdən və heç bir səbəb olmadan bizim üzərimizə hər hansı məsuliyyət qoymağa çalışır”, - Rusiya Prezidenti vurğulayıb.

V. Putin deyib ki, Rusiya aviaşirkətləri hazırda Belarus və Aİ sərhədində olan miqrantları daşımır.

Onun sözlərinə görə, Qərb dövlətləri özləri miqrasiya böhranını yaradıblar: “Miqrantlarla bağlı böhranların haradan qaynaqlandığını unutmaq lazım deyil. Bu problemləri məgər Belarus yaradıb? Xeyr, bunlar Qərb dövlətləri, o cümlədən Avropa ölkələri tərəfindən yaradılan səbəblərdir. Bu səbəblər həm siyasi, həm hərbi, həm də iqtisadi xarakter daşıyır”.

Rusiyanın dövlət başçısı Belarus lideri Aleksandr Lukaşenkonun Almaniya kansleri Angela Merkellə yaxın vaxtlarda danışıqlar aparacağına ümid etdiyini də vurğulayıb: “Mən belə başa düşdüm ki, Lukaşenko və Merkel danışıqlar aparmağa hazırdırlar. Ümid edirəm ki, bu, yaxın vaxtlarda baş verəcək. Bu həm də ona görə vacibdir ki, miqrantlar ilk növbədə Almaniyaya getməyə cəhd edirlər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39